Bu gün Türkiyədə zəlzələ baş verib.
Bu barədə Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu xəbər verib.
Yeraltı təkanların 5,7 bal gücündə olduğu bildirilir.
Episentri Aralıq dənizinin 30 km dərinliyində qeydə alınan zəlzələ Antalya, Muğla, Dənizli, Burdur, Aydın və İzmirdə də hiss olunub.
Hazırda dağıntılar və qurbanlar barədə məlumat yoxdur. Yerli hakimiyyət orqanları vəziyyəti qiymətləndirir.