
Türkiyənin bir neçə vilayətində meşə yanğınları davam edir.
Modern.az xəbər verir ki, Antalya və Kahramanmaraş vilayətlərində baş verən yanğına havadan və qurudan müdaxilə edilir.
Meşə yanğınlarının söndürülməsinə çoxlu sayda texnika və canlı qüvvə cəlb edilib.
Antalyada 6 nəfər tüstüdən zəhərlənib, onlara xəstəxanada tibbi yardım göstərilib. Ehtiyat tədbiri olaraq yanğın bölgəsinə yaxın 10 yaşayış evi təxliyyə edilib.