Müğənni Gülbən Ərgən Türkiyədəki qiymətlərdən gileylənib.
Axşam.az xəbər verir ki, mağazalardan birindən alış-veriş edən ifaçı adi çəkələklərin qiymətindən şoka düşüb.
Gülbənin əlinə götürdüyü ayaqqabılardan birinin qiyməti 44 min 450 lirə (təxminən 1 895 manat) və digəri isə 69 min 950 lirə ( təxminən 2 984 manat) təşkil edib.
“Qiymətə 3 dəfə baxdım. Mən Yaponiyada yaşamağa qərar verdim. Bu nədir? Çəkələkdir də. Normal, altı düz. Əsəbilərim pozuldu” deyə, müğənni bildirib.