Türkiyədəki yarış ləğv olundu – İdmançılarımız vətənə qayıdacaqlar

Türkiyədəki yarış ləğv olundu – İdmançılarımız vətənə qayıdacaqlar

Türkiyənin İstanbul şəhərində olan Azərbaycan millisinin taekvondoçuları yaxın zamanda Bakıya qayıdacaqlar.

 

Bu barədə Modern.az-a Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, idmançılar açıq Türkiyə çempionatı ləğv edildiyi üçün geri dönəcəklər.

 

Qeyd edək ki, Azərbaycan yığması fevralın 4-də start götürən Prezident Kubokunda mübarizə aparıb, 58 kq çəki dərəcəsindəki Qaşım Maqomedov qızıl medal qazanıb.

 

Güclü zəlzələ səbəbindən yarış yarımçıq dayandırılıb. Komanda 10-14 fevralda açıq ölkə çempionatında çıxış etməli idi.

 

Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar bütün daxili idman tədbirləri təxirə salınıb.

Mənbə

Share: