Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 minə ÇATIR 

Türkiyədəki zəlzələdə ölənlərin sayı 50 minə ÇATIR 

Ötən ay Türkiyənin Kahramanmaraş vilayətində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.

 

O qeyd edib ki,  zəlzələ nəticəsində 6 807-si xarici vətəndaş olmaqla 49 min 589 nəfər həyatını itirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.

Mənbə

Share: