Türkiyədən İrana ağır zərbə?-Tehran təkzib etdi

Türkiyədən İrana ağır zərbə?-Tehran təkzib etdi

Türkiyədə İran Atom Enerjisi Təşkilatı və əlaqəli şirkətlərə məxsus vəsait və ya aktivlərin dondurulması haqda məlumat həqiqətə uyğun deyil.

Milletinsesi.az xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kamalvəndi deyib.

O bildirib ki, bu haqda xəbərlərin Türkiyənin rəsmi mənbələrinə istinadla dərc olunmasından təəccüblənib.

Qeyd edək ki, dünən bəzi media orqanları İran Atom Enerjisi Təşkilatının və ona bağlı şirkətlərin Türkiyədəki aktivlərinin dondurulması barədə məlumat yayıb.

Share: