
Bu gün axşam saatlarında (təqribən 18:00) Türkiyənin zəlzələ bölgəsindən sonuncu təxliyə avtobusu Azərbaycana yola düşüb.
Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Adana Avtovağzalından yola düşən sonuncu təxliyə avtobusundakı həmvətənlərimizin konkret sayı barədə əlavə məlumat veriləcək.