Türkiyəli alimdən koronavirusdan qorunmaq üçün resept

Çində ortaya çıxan və dünya əhalisini qorxu altında saxlayan koronavirusa qarşı türkiyəli alim Canan Karatay resept hazırlayıb.

Bu barədə “İnternetHaber” məlumat yayıb.

Alimin sözlərinə görə, koronavirusun digər viruslardan fərqi yoxdur, sadəcə orqanizmin immunitetini gücləndirmək lazımdır:

“Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq, viruslara qarşıhələ də mübarizə yolu tapılmayıb. Viruslar hər il formalarını, rənglərini dəyişdirərək qarşımıza çıxırlar”.

Buna görə professor ev şəraitində hazırlanan qatıq, sirkə, turşu yeməyi tövsiyə edib:

“Həmçinin, qaya duzu, çoxlu miqdarda kələm, brokkoli, gül kələm və turp yesəniz, immun sisteminiz güclənər, beləliklə, infeksiyaya yoluxmazsınız. Biz virusları onsuz daorqanizmimizdə daşıyırıq”.

“Qablaşdırmada olan heç nə yeməyəcəksiniz, şəkərli, qazlı içkilərdən və çörəkdən uzaq duracaqsınız. Hər gün kənd yumurtası yeyəcəksiniz.Kənddə hazırlanan kərə yağından istifadə edəcəksiniz, ancaq çörəksiz olmaq şərtilə…”, – deyə türkiyəli alimvurğulayıb.

Canan Karatay həmçinin, fıstıq yeməyi də tövsiyə edib.

Share: