Türkiyəli ekspert: “İlk öncə Zəngəzur dəhlizinin təhlükəsizliyi təmin edilməlidir”

“Zəngəzur dəhlizinin inşası davam edir. Amma burada ən vacib məsələ təhlükəsizlikdir. Çünki 20-30 ildən sonra bölgədə vəziyyətin necə olacağını proqnozlaşdırmaq çətindir”.

 

Bu fikirləri Türkiyənin “Haber Global” telekanalının qonağı olan İqtisadi, Siyasi və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Bozkurt səsləndirib.

 

“İlk öncə dəhlizin təhlükəsizliyi təmin edilməlidir. Bundan sonra yolun inşası tamamlanmalı və dəmir yolu xətti çəkilməlidir. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra artıq Türkiyənin Mərkəzi Asiya ilə birbaşa ticarətinə imkan yaranacaq. Çünki biz Zəngəzurdan keçərək təkcə Azərbaycana deyil, həm də digər türk dövlətlərinə, hətta Çinə də gedə bilərik”, – deyə o bildirib.

 

Bozkurtun sözlərinə görə, bölgədə ticarət yolları ilə bağlı müxtəlif dövlətlərin fərqli layihələri var və bu təbiidir. Lakin bir qayda olaraq, ən güclü olanların layihəsi reallığa çevrilir.

 

Daha ətraflı süjetdə:

 

Mənbə

Share: