Türkiyəli mütəxəssislər Fəxri xiyabanda

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Vətən müharibəsindən sonra mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasının səmərəli təşkilinə yardımçı olmaq məqsədilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevtlər ölkəmizə gəlib.

Milletinsesi.az xəbər verir ki, yanvarın 21-də türkiyəli mütəxəssislər Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi qonaqlar tərəfindən ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

 

Share: