
“Türkiyə, yoxsa İsveç və Finlandiya?..”
“Barışmaz müttəfiq, NATO-dan rədd ol…”
“Türkiyə NATO-da kəmiyyətcə ikinci orduya malikdir və bu ölkələr arasında seçim etmək olmaz…”
“Aktual kozır F-16 qırıcılarının satışıdır…”
“İsveç və Finlandiya sazişə əməl etmir…”
“Təxribatların arxasında kim dayanır-ABŞ, yoxsa Rusiya?..”
NATO Türkiyənin İsveç və Finlandiyanın xeyrinə alyansdan xaric edilməsini nəzərdən keçirir
ABŞ Türkiyəyə təzyiq rıçaqları arsenalını genişləndirir. Onlar artıq F-16 üzrə sövdələşməni Ankaranı şantaj ermək üçün istifadə edir.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Çağ” nəşri yazıb.
Bu yaxınlarda amerikalı admiral Stavridis bəyan edib ki, Türkiyənin Rusiyaəleyhinə müttəfiqlər-İsveç və Finlandiyanın xeyrinə alyansdan xaric edilməsinin mümkünlüyü nəzərdən keçirilir.
ABŞ Türkiyəni müxtəlif tərəfdən sıxışdırmaqla onu öz mənafelərinə uyğun hərəkət etməyə vadar edir. Təzyiq aləti kimi onlar o cümlədən NATO-dan istifadə edir.
ABŞ administrasiyası yalnız özünə qayğı göstərərək və Türkiyəni, guya, müttəfiq hesab edərək, bəzi tələblərini Ankaraya birbaşa deyil, KİV-lər və Konqresdə siyasətçilər vasitəsilə çatdırmağa üstünlük verir. Bu dəfə Amerika yenə də Türkiyəni İsveç və Finlandlyanın NATO üzvlüyünə bu ölkələrin terrorçuluğu dəstəkləməkdən vaz keçmədikləri səbəbindən razılıq vermədiyinə görə gizlincə təhdid etməyə cəhd göstərir.
“Barışmaz müttəfiq, NATO-dan rədd ol”
İki ölkənin NATO-ya üzvlüyü barədə danışıqlar getdiyi zaman Türkiyə ətrafında alyansda “barışmaz müttəfiq” kimi müzakirəni qızışdırmağa cəhd edilir. Belə mühitin yaradılması məqsədilə “Bloomberg” informasiya agentliyi NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin sabiq baş komandanı amerikalı admiral Ceyms Stavridisin “NATO Türkiyəni İsveç və Finlandiyanın daxil olmasını bloklayacağı təqdirdə alyansdan vurub çıxaracaqmı?” başlıqlı məqalə dərc edib.
Məqalədə qeyd edilir ki, İsveç Türkiyəyə münasibətdə çoxsaylı addımlar atıb, hazırda NATO üçün ən böyük təhlükə Rusiyadır, bu zaman İsveç və Finlandiya alyansa xeyli hərbi tövhə verə bilər.
Stavridis həmçinin qeyd edib ki, NATO-nun bəzi ölkələri İsveç və Finlandiya ilə Türkiyə arasında seçim barədə düşünməyə başlayıb. Lakin admiral çox dərinə getdiyini anlayıb, bunun böyük yanlışlıq olduğuna diqqət çəkib: Türkiyə NATO-da kəmiyyətcə ikinci orduya malikdir. Stavridis məcbur olub bu qənaətə gəlib ki, NATO-nun həm Türkiyə, həm də İsveç və Finlandiyaya ehtiyacı var və heç kim onların arasında seçim etmək istəməz.
“Aktual kozır F-16 qırıcılarının satışıdır”
ABŞ və Türkiyə F-16 layihəsinin İsveç və Finlandiyanın NATO-ya üzvlüklərinin dəstəkləməsi ilə bağlı olmadığını desələr də, Bayden administrasiyası hər halda qeyri-rəsmi olaraq Konqres, KİV-lər və başqa kanallar vasitəsilə göstərib ki, bu məsələlər qarşılıqlı surətdə əlaqəlidir.
Belə ki, aydın olur ki, Vaşinqton Konqresə kifayət qədər təzyiq göstərmədən qırıcıların satışına razılıq verilməsini ləngidəcək. Digər tərəfdən, ABŞ Türkiyəni sıxışdıraraq İsveç və Finlandiyanın üzlüyünün təsdiq edilməsinə nail olmaq istəyir. Administrasiyanın F-16-larla bağlı məsələnin həllinin sürətləndirilməsi üçün Konqresə təzyiqi yalnız Türkiyənin iki ölkənin alyansa daxil olmasına razılıq verdikdən sonra gücləndirəcək.
Türkiyə xarici işlər nazirinin ABŞ-a səfəri gedişində tərəflər bu və başqa məsələrdə qarşılıqlı gözləntilər irəli sürsələr də, ixtilafların nizamlanmasında heç bir irəliləyişə nail olunmayıb.
“İsveç və Finlandiya sazişə əməl etmir”
İsveç və Finlandiya Türkiyənin sorğuları ilə bağlı tələbləri özündə ehtiva edən sazişə əməl etmir. Əksinə, əldə edilən razılaşmaların pozulması üçün təxribatçı hərəkətlərə yol verilir. Ərdoğana qarşı çirkin aksiya, Müqəddəs Quranın yandırılması və inanc hissinə qəsd edilməsi, terrorçuların nümayişi və cinayətkarları təhvil verməkdən imtina edilməsi onu göstərir ki, bu ölkələr sazişə əməl etmir və etmək niyyətində də deyil. Xüsusilə İsveç hesab edir ki, heç nəyə baxmadan, ABŞ Türkiyəyə təzyiq edəcək və onu razılıq verməyə məcbur edəcək.
Bu hadisələrin fonunda Türkiyə üç ölkə ilə görüşləri ləğv edib və danışıqlar dayandırılıb.
“Təxribatla bağlı şübhələr”
Hadisələrin gedişi və baş verənlər İsveçin hərəkətlərinin ABŞ tərəfindən Türkiyənin NATO-dan xaric edilməsi məqsədilə təhrik edildiyinə şübhələr yaradır. Digər tərəfdən, Quranı yandıranın Rusiyayönümlü olması belə fikrə sövq edir ki, bu, iki ölkənin NATO-ya daxil olmasını istəməyən Rusiyanın da təhriki ola bilər.
Finlandiyaya gəldikdə, bu ölkə daha çevik siyasət yeridir və onun üzvlüyünün Türkiyənin tələbləri və gözləntilərinin təmin edildiyi halda təsdiqlənməsi mümkündür. İsveçin baş naziri, görünür, Helsinkinin yolunu kəsməyəcək.
Müəllif: Armağan Kuloğlu