Türkiyənin altında Yer mantiyasının bəlli olmayan qatı aşkar edilib…

Türkiyənin altında Yer mantiyasının bəlli olmayan qatı aşkar edilib…

Bu, zəlzələnin səbəblərindən biri ola bilər…

 

“Yer kürəsində 14 böyük tektonik plitə var, onlar daima hərəkətdədir və planet səthinin təxminən 90 faizini örtür…”

 

“Türkiyənin yerləşdiyi tektonik plitənin bilavasitə altında elə sahələr var ki, zərbə dalğaları yavaş keçir…”

 

Türkiyə və Suriya arasında sərhəddin keçdiyi yerdə Avrasiya və Ərəbistan litosfer plitələri keçir. Alimlərin məlumatlarına görə, zəlzələdən sonra plitələr 3 metr yedəyişməyə məruz qalıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “life.ru” nəşri yazıb.

 

Yer kürəsində 14 böyük tektonik plitə var, onlar planet səthinin təxminən 90 faizini örtür və qalınıığı müxtəlif yerlərdə 2-3 km-dən 200 km-dək təşkil edir.

 

Литосферные плиты. Евразийская плита показана зелёным, Аравийская — оранжевым цветом. Иллюстрация © Wikipedia

 

Məlumdur ki, onlar daima hərəkətdədir, bu səbəbdən də onların sərhədlərində yeraltı təkanlar və vulkan püskürmələri baş verir.

 

Plitələr yuxarı mantiyanın nisbətən yumşaq və plastik təbəqəsi ilə “hərəkət edir”, bu, astenosfera adlanır. “Asteno” yunancadan tərcümədə “zəif”, “gücsüz” deməkdir. 

 

Bu “zəif” təbəqə təxminən qitənin altında yüz km-dən və okean dibindən 50-60 km-dən başlayır, haradasa 200-300 metr dərinliyində bitir. O, daha Yer qabığı kimi daşdan deyil, amma onun altındakı mantiya kimi özlü də deyil, nəsə ortam bir haldadır.

 

Lakin indi aydın olur ki, astenosfera bəzi yerlərdə kifayət qədər gözlənilməz struktura malikdir. “Phys.org” nəşrinin yazdığına görə, bu yaxınlarda Texas Universitetindən geofizik Tszyunlin Hua öz növbəti tədqiqatında Türkiyənin altındakı mantiyanı öyrənib.

 

Bəs, mantiya və, ümumiyyətlə, geosfera necə öyrənilir-seysmik dalğaların çüxurlardan necə keçməsinə baxılır. Onların yayılma sürəti, əsasən, mühitin sıxlığından asılıdır.

 

Süxur nə qədər sıx olarsa, sürət bir o qədər yüksək olacaq. Deyək ki, dalğa bazaltdan saniyədə 7 km sürətlə keçirsə, amma məsələn, gildən saniyədə 1-2 km sürətlə keçir.

 

Beləliklə, Türkiyənin yerləşdiyi tektonik plitənin bilavasitə altında elə sahələr var ki, zərbə dalğaları əhəmiyyətli dərəcədə yavaş gedir. 

 

Alimlər bu nəticəyə gəlib ki, bu yerlərdə süxurlar əriyib, yəni onların üstündə və altında olanlardan daha maye şəklindədir. Və bu qismən ərimə təxminən 150 km dərinlikdədir.

 

Диаграмма астеносферы. Иллюстрация © Phys.org / Junlin Hua / UT Jackson School of Geosciences

 

Üstəlik, tədqiqatçı bu kəşfindən sonra bütün dünya boyunca seysmik stansiyalardan məlumatları toplamaq və Yer astenosferasının maksimal olaraq tam xəritəsini tərtib etmək qərarına gəlib. Və müəyyən edilib ki, eynilə belə qismən ərimə təbəqələri planetin mantiyasının yarısını örtür.

 

Belə məntiqi narahatlıqlar meydana çıxıb ki, plitələr altında olan bu özül maye tektonik fəallığı və müvafiq olaraq təbii fəlakətlər ehtimalını artırır.

 

Lakin sonrakı təhlillərdən sonra alimlər bu nəticəyə gəlib ki, bu, belə deyil. Hətta belə ərimə çox olan yerlərdə o, ətrafdakı materialın hərəkətinə elə də təsir göstərmir.

 

Heç demə onu daha çox təhrik edən konveksiyadır, bu zaman daha qaynar kütlə yuxarıya qalxır, daha soyuq kütlə isə aşağıya doğru gedir, sıyıq qazanında olduğu kimi.

Mənbə

Share: