Konyanın Səlçuk Universiteti tərəfində hazırlanan Türkiyənin COVID-19-a qarşı ilk peyvəndinin yay aylarında istifadəyə verilməsi planlaşdırılır.
Milletinsesi.az xəbər verir ki, 2020-ci ilin iyun aynda hazırlanmasına başlanılan peyvənd universitetin Tibb Fakültəsinin tibbi genetika bölməsinin əməkdaşları tərəfindən ölkənin Elmi və Texnoloji Tədqiqat Şurasının dəstəyi ilə aparılır. Hazırda peyvəndin üçüncü faza hazırlıq işləri davam edir.
Qeyd edək ki, Türkiyədə bundan əlavə Egey, Ərciyəs, Mehmet Ali Aydınlar, Ankara, Boğaziçi, Bezmialem Vəqf, Ortadoğu Texniki universitetləri, eləcə də İzmir Biotibb və Genom Mərkəzi və “Koçak Farma” şirkəti tərəfindən də COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır.