
Türkiyənin daha bir vilayətində fövqəladə vəziyyət elan edilib.
Modern.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömür Çelik özünün “Twitter” hesabında məlumat yayıb.
O qeyd edib ki, Elazığ vilayətində zəlzələ ilə bağlı fövqəladə vəziyyət tətbiq edilib.
Bununla da, Türkiyədə fövqəladə vəziyyət elan olunan vilayətlərin sayı 11-ə çatıb.
Qeyd edək ki, Türkiyənin Qaziantep, Hatay, Kilis, Adıyaman, Diyarbakır, Adana, Osmaniye, Şanlıurfa və Malatya bölgəsində 3 aylıq fövqəladə vəziyyət tətbiq edilib.