Türkiyə hökuməti 2023-cü ildə müdafiə xərcləri üçün 468,7 milyard türk lirəsi ayırmağı planlaşdırır.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələn ilin müdafiə xərcləri ölkənin Mərkəzi Bankının hazırkı məzənnəsinə uyğun olaraq 25,2 milyard dollar təşkil edəcək.
Bu, ölkə tarixində rekord göstəricidir.
Daha əvvəl Türkiyənin hərbi xərcləri 2019-cu ildə ən yüksək səviyyədə olub. Həmin il hərbi xərclər 20,6 milyard dollar, keçən il isə 15,4 milyard dollar təşkil edib.
Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və təşkilatda ikinci ən böyük orduya malikdir.
Akif İsmayılov