Türkiyənin Hatay vilayətində yenə zəlzələ baş verib

Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda 4,0 maqnitudalı zəlzələ baş verib.

 

Bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsindən (AFAD) xəbər verilib.

 

Xəsarət alanlar və dağıntı barədə məlumat verilməyib.

 

Xatırladaq ki, keçən ilin fevralında baş verən güclü zəlzələlər də bu vilayətin şəhərlərini dağıtmışdı.

Mənbə

Share: