“Türkiyənin hava zərbələri nəticəsində Suriyadakı terrorçuların idarəetmə qabiliyyəti sarsılıb”

“Türkiyənin hava zərbələri nəticəsində Suriyadakı terrorçuların idarəetmə qabiliyyəti sarsılıb”

“Türkiyə ordusunun hava zərbələri nəticəsində Suriyanın şimalında gizlənən terrorçuların idarəetmə qabiliyyəti sarsılıb”.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə oktyabrın 1-dən etibarən ərazidə əməliyyatlar keçirir:

“Əməliyyat çərçivəsində xüsusilə hərbi obyektlər hədəf alınır”.

Amerikalı analitiklər hesab edirlər ki, Türkiyənin keçirdiyi əməliyyatlar ABŞ-ın Suriyada dəstəklədiyi terrorçular üçün riskləri artırır.

Qeyd edək ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara qarşı əməliyyatlara başlayıb.

Mənbə

Share: