Türkiyənin iki böyük şəhəri sel fəlakətinə məruz qalıb

İzmirin Menderes rayonu və Antalyanın mərkəzi, eləcə də Serik rayonu su altında qalıb.

İntensiv yağan yağış Antalyada Acısu dərəsinin daşma riskini artırıb, Belek və Kadriye məhəllələri suya qərq olub, Serik- Belek yolu selə məruz qalıb.

Antalya bələdiyyəsi tərəfindən 150 xilasedici bölgəyə cəlb edilib, köməksiz qalan 26 nəfərə yardım edilib.

İzmirdə dörd gün davam edən yağış güclü sellə nəticələnib. Hadisə zamanı selin apardığı iki avtomobilin sürücüsünün cansız bədəni aşkarlanıb. Onların meyiti 800 metr kənarda tapılıb. qafqazinfo

Share: