Türkiyənin yerli istehsal döyüş təyyarəsinin adı açıqlanıb.
Modern.az xəbər verir ki, təqdimat mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak ilə keçirilib.
O, milli döyüş təyyarəsinin “Kaan” adlandırıldığını bildirib. “Hal-hazırda Hürjet və KAAN-ımız qarşımızdadır. Ölkəmizə xeyirli-uğurlu olsun”, – Ərdoğan deyib.
Qeyd edək ki, TUSAŞ şirkəti tərəfindən hazırlanan döyüş təyyarəsinin bu ilin sonunda ilk sınaqları keçiriləcək.