Türkiyənin yeni spikeri seçildi – YENİLƏNİB

Türkiyənin yeni spikeri seçildi – YENİLƏNİB

Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

***

16:44

 

Hazırda Türkiyə parlamentinin davam edən iclasında spiker seçkilərinin ilk turuna start verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

***

15:54

 

Türkiyənin 28-ci çağırış parlamentinin iclası başlayıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iclasa müvəqqəti spiker vəzifəsini tutan MHP lideri Devlet Bahçeli sədrlik edir.

 

Gündəlikdə parlamentin yeni sədrinin seçilməsi məsələsi var.

 

Qeyd edək ki, spikerlik postu uğrunda 7 namizəd mübarizə aparır. Yeni spikerin seçilməsi üçün deputatlar arasında gizli səsvermə keçiriləcək. İlk iki turda namizədlərdən birinin seçilə bilməsi üçün 400 deputatın səsi tələb olunacaq. Bu mümkün olmazsa, səsvermənin üçüncü turu keçiriləcək və 301 səs kifayət edəcək. Seçki dördüncü tura qalarsa, ən çox səs toplayan namizəd sədr seçiləcək.

Mənbə

Share: