Bu gündən etibarən Türkiyəyə hava yolu ilə gələn bütün sərnişinlərdən koronavirus test nəticəsinə dair arayış tələb olunacaq.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türk Hava Yollarının Mətbuat xidməti məlumat yayıb.
“Türkiyəyə və ya Türkiyədən keçərək başqa bir ölkəyə uçan sərnişinlər uçuşdan 72 saatdan əvvəl edilən koronavirus test nəticəsinə dair arayışı təqdim etməlidirlər. Qayda yerli vaxtla 30 dekabr 2020-ci il saat 12:00-dan etibarən qüvvəyə minir. Altı yaşdan kiçik sərnişinlərdən arayış tələb olunmayacaq”, -açıqlamada vurğulanıb.
Bildirilib ki, sözügedən arayış ingilis dilində olmaq şərti ilə elektron və kağız formatında təqdim edilə bilər. Arayışı təqdim etməyən sərnişinlər uçuşa buraxılmayacaqlar.
Yeni qaydanın 1 mart 2021-ci il tarixinədək qüvvədə olacağı bildirilir.