Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) ötən gün Mardin bölgəsində hüquq-mühafizə orqanları ilə birlikdə xüsusi əməliyyat təşkil edib.
Milletinsesi.az xəbər verir ki, əməliyyat çərçivəsində barələrində kəşfiyyat məlumatı daxil olmuş 2 PKK terrorçusu həbs edilib.
Məlumata görə, sözügedən şəxslər PKK tərəfindən Türkiyə ərazisində teraktlar təşkil etmək üçün xüsusilə yetişdirilib. Sözügedən şəxslər Türkiyənin böyük şəhərlərində silsilə partlayışlar, həmçinin meşə yanğınları törətmək üçün ölkəyə daxil olub.