Türkmənistanın Səhiyyə və Tibbi Sənaye Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndinin istifadəsinə icazə verib.
Milletinsesi.az unikal.org-a istinadən bildirir ki, bu barədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev bildirib.
“Türkmənistan öz ərazisində “Sputnik V” peyvəndinin istifadəsini rəsmi olaraq təsdiqləyən ilk Orta Asiya ölkəsi oldu”, – Dmitriyev deyib.
Qeyd edək ki, “Sputnik V” peyvəndi dünyanın 10-dan çox ölkəsində istifadə üçün təsdiq edilib.