TÜRKPA Qazaxıstandakı seçkilərə münasibət bildirdi

TÜRKPA Qazaxıstandakı seçkilərə münasibət bildirdi

TÜRKPA-nın müşahidəçi missiyası Qazaxıstanda keçirilən parlament seçkilərini dəyərləndirib.

 

Modern.az “Kazinform”a istinadən xəbər verir ki, missiyanın rəhbəri Recep Şeker bu barədə danışıb.

 

Onun sözlərinə görə, proses boyunca hər şey qaydasında olub.

 

“Deyə bilərik ki, hər şey qaydalara uyğun keçdi, seçki prosesi zamanı bütün lazımi resurslar var idi. Missiya seçki prosesinə hazırlığın səviyyəsindən razı qaldı və bu seçkiləri yüksək qiymətləndirir”, – deyə o bildirib.

 

Qeyd edək ki, dünən Qazaxıstanda parlament seçkiləri keçirilib.

Mənbə

Share: