Twitter-də şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub

“Twitter” mikrobloqlar xidmətində şəxsi mesajlara reaksiya bildirmək imkanı əlçatan olub. İndi istifadəçilər şəxsi mesajlara öz reaksiyalarını ifadə etmək imkanına malikdirlər.

Milletinsesi.az ictnews.az-a istinadən bildirir ki, “Twitter” bu funksiyanı ötən il sınaqdan keçirməyə başlayıb. 2020-ci il yanvarın 23-dən etibarən sözügedən funksiya xidmətin bütün istifadəçilərinə əlçatan olub. Dəstək xidməti reaksiyaların düzgün göstərilməsi üçün proqramı yeniləməyi tövsiyə edib.

Həmçinin istifadəçilər öz reaksiyalarını istənilən vaxt silə bilərlər.

Share: