“Twitter”dən radikal qərar

“Twitter” qurucusu Cek Dorsi artıq siyasi reklamları yayımlamayacaqlarını açıqlayıblar.

Milletinsesi.az “Euronews”a istinadən xəbər verir ki, o, siyasi mesajların insanlara pulla deyil, haqq edərək çatmasının lazım olduğunu bildirib:

“İnternet reklamları olduqca güclü və reklamverənlər üçün təsirli metoddur. Buna baxmayaraq bu güc milyonlarla insanın həyatına təsir edə bilən səsvermə prosesinə təsir etdiyi üçün risk daşıyır. İnternetdə siyasi reklamlar mədəni müzakirə formasına yeni çətinliklər yaradır. Bu çətinliklər sadəcə siyasi reklamları deyil, bütün internet məkanında rabitəyə təsir edəcək”.

Dorsi bu səbəbdən siyasi reklamları yayımlamayacaqlarını söyləyib.

Onun sözlərinə görə, bu qərar mərhələləri şəkildə həyata keçiriləcək və noyabrın sonunda tamamlanacaq.

Share: