Üç bürcü ayrılıq gözləyir – Etiraf zamanıdır

Kosmik aləmdə münasibətlərdə mənfi cəhətlərin müsbət cəhətləri üstələdiyi və ayrılığın baş verdiyi bir vaxt gəlib çatdı.

 

Yaranmış neqativ enerji nəticəsində cütlüklərin bəziləri tək bir problem səbəbindən eşq həyatlarının dağıldığının şahidi olacaqlar. Ayın Saturna doğru üçbucaq əmələ gətirməsi sevgi münasibətlərinin sonunu gətirə bilər.

 

Moderator.az metbuat.az-a istinadən qarşıdakı günlərdə sevgi münasibəti dağılacaq bürclər haqqında məlumatı təqdim edir:

 

Əkizlər bürcü – Nə qədər də sevginizdən güc aldığınızı düşünsəniz də etiraf etməyin vaxtıdır. Bəli, asan olmayacaq, amma hərəkətə keçmək üçün ləngimək də sizə fayda verməyəcək. Siz bir müddətdir həyatınızı yaxşılaşdırmaq və xoşbəxt olmaq üçün nə etmək lazım olduğunu hiss edirsiniz. Artıq nə birlikdə olduğunuz insana aşiqsiniz, nə də o sizə aşiqdir. Əslində, bu sizi heç də təəccübləndirməyəcək, siz möcüzə gözləyərək buna məhəl qoymamağa çalışmasanız da, bu gün etiraf günüdür, hazır olun.

 

Şirlər üçün də çətin gündür. Onlar münasibətdə bir-birlərinin hisslərinə önəm vermədiklərini etiraf edəcəklər. Çox tez alovlanıb və eyni sürətlə sönməyə başlayan bu münasibətdən heç biriniz razı deyilsiniz. Astroloqlar ulduzların sizin üçün yeni yol xəritəsi çəkdiyini proqnozlaşdırıblar. Artıq bir-birinizi sevmədiyinizi deyə bilərsiniz. Ay və Saturn arasındakı üçbucaq sizə bu cəsarəti verəcək. Təbii ki, aşiq olmadığınızı bilmənin kədərini yaşayacaqsınız.

 

Münasibətləri az qala toksik həddə çatan Oxatanlar üçün də çətin zamandır. Onlar bir-birlərinin hisslərindən yorulduqlarını, bezdiklərini deyə biləcəklər. Uzun müddətdir sönmüş sevgi alovunun külləri arasında təsəlli tapan Oxatanlar artıq bu kitabın son səhifəsinə çatdıqlarını qəbul edəcəklər. Yeni həyata başlamağın vaxtı gəlib çatdı. Etiraf etmək çətin olsa da, qarşıda ümid vəd edən münasibətlər sizləri gözləyir.

 

Mənbə

Share: