Oktyabrın 4-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Masazır qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırma işləri aparılacaq və bu zaman qəsəbənin qaz təchizatında fasilələr yaranacaq.
Bu barədə “Azəriqaz”dan xəbər yayıb.
Saat 10:00-dan etibarən SOCAR-ın “Qaz İxrac” İdarəsi yüksək təzyiqli qaz xəttini mənbəyə birləşdirərkən isə Zərdab rayonunun mərkəzi və bir neçə yaşayış mənqəsinin qaz təchizatı dayandırılacaq.
Bundan başqa, saat 10:00-dan 16:00-dək Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində “Ordahal-Yardımlı” magistral qaz xəttinin 8-ci km-liyində qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə bağlı qaz təminatında fasilələr olacaq.