Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə noyabrın 19-da saat 23 radələrində C.Naxçıvanski küçəsində 2 nəfərin Ucar rayon sakini Ş.Abbasovun quldurluq yolu ilə mobil telefonunu, içərisində 235 manatı, şəxsiyyət vəsiqəsi və bank kartları olan cüzdanın talamaları barədə müraciət daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İntiqam Bayramov və Bakı şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.