Üçüncü dünya müharibəsi başlayır? – Türkiyəli generalı AÇIQLADI

“Dünya yenidən formalaşma dövrünə keçid edib. Bu dövürdə yeni təhlükələr, yeni risklər, yeni müharibələr gözlənilir. Ən əsas da bu yeni müharibələrin 3-cü Dünya müharibəsinə dönmə ehtimalı çox yüksəkdir”

 

Bu sözləri Moderator.az-a açıqlamasında türkiyəli generalı Yücel Karauz bildirib. 

 

Yucel Karauz - Turkic World

 

O qeyd edib ki, türk dünyasının yerləşdiyi coğrafi ərazilər müharibə ilə əhatə olunub: “Bu halda meydana gələ biləcək hadisələrə hazır olmaq lazımdır. Bunun üçün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin də ifadə etdiyi kimi, böyük bir ailə olan türk dünyasının, türk dövlətləri təşkilatının təhlükəsizlik sahəsində və ordu quruculuğu sahəsində əməkdaşlıq etməsi, bir- birinə dəstək olması və güclərini birləşdirməsi çox önəmlidir. Bu fəaliyyətlərin, təbii ki, birdən-birə gerçəkləşməsi yaxın zamanda mümkün görünmür. Ancaq bu, yeni bir şey deyil, xüsusilə, Azərbaycanın qazanmış olduğu Qarabağ zəfərindən sonra İstanbul zirvəsi ilə Türk Dövlətləri Təşkilatına çevrilən quruluş çox sürətli yol qət etdi. Türkiyə və Azərbaycan arasındakı “Şuşa bəyannaməsi” isə bu yolda ən uğurlu addımlardan oldu. 

 

Türk dövlətləri Türkiyə və Azərbaycanın təcrübəsinə əsaslanaraq müdafiə sənayesi, hərbi, təhlükəsizlik, kəşfiyyat mövzularında əməkdaşlıq etməyə başladılar. Bu, birinci addım hesab edilir. İkinci addım ortaq bir sülhməramlı mərkəzin yaradılması, yəni yarana biləcək qaçaqmalçılıq, narkotiklə mübarizə də daxil olmaqla ortaq bir sülh mərkəzi yaradılması, bunun təhsil və təlim fəaliyyətlərinin ortaq edilməsi və bu sülh üçün ortaqlıq mərkəzi çərçivəsində ölkələrimizin təhlükəsizliyi ilə bağlı bəzi təhlükəsizlik elementlərinin yaradılmış olması vacibdir.  Birinci addımdan ikinci və üçüncü addıma keçidi qısa zamanda deyil, mərhələ-mərhələ inkişaf etdirmək lazımdır. NATO belə 1941-ci ildən bəri NATO-ya daxil olan ölkələri öz təhlükəsizlikləri ilə bağlı ortaq bir ordu, ortaq bir hərbi quruluş yaratmaq istəsələr də, hələ də tam uğurlu olduqlarını demək olmaz. 

 

Cənab Prezidentin çıxışı çox uzaqgörən bir çıxışdır, zərurətdir. Ailəmizə sahib çıxıb hərbi, təhsil, kəşfiyyat və təhlükəsizlik fəaliyyətləri üzrə birgə faəliyyət göstərməliyik. Əgər indi tədbirlər görməsək, sabah çox gec olacaq”.

Mənbə

Share: