
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Üçüncü Dünya Müharibəsinin yaxınlaşmasını proqnozlaşdırır.
Modern.az xəbər verir ki, o , bu barədə NATO-nun Vilnüs sammitinin ilkin nəticələrini şərh edərkən deyib.
Dmitri Medvedyev bildirib ki, Ukraynanın Şimali Atlantika Alyansına daxil olması heç vaxt baş tutmayacaq.
Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak da etdiyi açıqlamada qeyd edib ki, NATO sammitinin birinci gününün yekunları düşünməyə əsas verir ki, Ukrayna Alyansa dəvət almayacaq.