AZAL uçuşlarla bağlı məlumat yayıb.
Azərbaycan Hava Yollarının mətbuat xidmətindən Milletinsesi.az-a bildirilib ki, 31 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasının bütün hava limanları müntəzəm sərnişin reyslərinin həyata keçirilməsi üçün bağlıdır.
Karantin dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın icazəsi ilə xüsusi reyslərinin yerinə yetirilməsi davam etdirilir.