UEFA İcraiyyə Komitəsinə yenidən türk üzv seçildi

UEFA İcraiyyə Komitəsinə yenidən türk üzv seçildi

İsveçrənin Montrö şəhərindəki UEFA Konqresində İcraiyyə Komitəsi (İK) üzvlüyünə seçkilər keçirilib.

“Report”un məlumatına görə, Türkiyə Futbol Federasiyasının I vitse-prezidenti Servet Yardımcı yenidən UEFA İK üzvü seçilib. 55 milli assosiasiyadan 47-si onun lehinə səs verib.

Yardımcıdan əlavə, Zbiqnev Bonek (Polşa), Aleksandr Dükov (Rusiya), Devid Gill (İngiltərə), Qabriele Qravina (İtaliya), Rayner Kox (Almaniya), Karl-Erik Nilsson (İsveç) və Yust Şpeeyə (Niderland) də növbəti müddət üçün etimad göstərilib.

Qeyd edək ki, Konqresdə AFFA adından icraçı vitse-prezident Elxan Məmmədov səs verib.

Share: