UEFA İntizam Komitəsi Avropa Kubokunda çıxış edən bəzi klubları cəzalandırıb.
Qol.az xəbər verir ki, cərimə olunan komandalar arasında “Neftçi” də var.
Belə ki, qitə futbol qurumu paytaxt təmsilçisinə 40 min avro cərimələyib. Buna səbəb 3-cü təsnifat mərhələsinin avqustun 8-də “Bakcell Arena”da “Bney Yehuda” ilə oyunda (2:2) azarkeşlərin meydana kənar əşyalar atmasıdı.
Xatırladaq ki, avqustun 15-də “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan “ağ-qaralar” Avropa Liqasında mübarizəni dayandırmışdı.