UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib

UEFA növbəti dəfə “Qarabağ”la bağlı paylaşım edib.

 

Avropa Liqasının rəsmi tvitter səhifəsində “köhlən atlar”ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.

 

Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.

 

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın son turunda “Azersun Arena”da “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib.

Mənbə

Share: