UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.
Qol.az-ın məlumatına görə, Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.
UEFA prezidenti “Arsenal”ın futbolçusu Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. O bildirib ki, Mxitaryanın fikirləri Fransada “Avro-2016”nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir: “Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”.
Qeyd edək ki, Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq “Çelsi” ilə oyun üçün Azərbaycana gəlməməyə qərar verib.