Ukranalılar F-16 təlimlərini bu ölkədə keçə bilər 

 

ABŞ Puerto-Rikoda yerləşən köhnə hərbi-dəniz bazasını ukraynalı pilotların F-16 qırıcıları üzrə təlimlərində istifadə etməyi planlaşdırır.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Press Latina” nəşri yazıb.

Məlumata görə, bir neçə həftə əvvəl adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki Ruzvelt-Rouds hərbi-dəniz bazasında keçirilən iclasda ukraynalı pilotların burada təlim keçəcəyi açıqlanıb. Bazanın fəaliyyəti 2004-cü ildə dayandırılsa da, Vaşinqton ondan istifadə hüququnu özündə saxlayır.

Bir müddət öncə Ukrayna Prezidenti Volodimir Zelenski avqust ayında ukraynalı pilotların F-16 təyyarələrində təliminin başlayacağına ümidini ifadə etmişdi.

Mənbə

Share: