Ukrayna Ali Radası İrana 50 illik sanksiya tətbiqini dəstəklədi

Ukrayna Ali Radası 50 il ərzində İrana qarşı sanksiyaların tətbiqini dəstəkləyib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rada həmçinin sanksiya tətbiq edilən şəxslərə məxsus bankların milliləşdirilməsi haqqında qanun layihəsini də dəstəkləyib.

 

Bu qanun layihəsi Milli Banka aşağıdakılar barədə qərar vermək səlahiyyətini verir:

 

– sanksiya tətbiq edilmiş şəxsə (fiziki və/və ya hüquqi şəxsə) bankda əhəmiyyətli pay əldə etməsinə və ya artırmasına qadağa qoyulması;

 

– bank lisenziyasının ləğv edilməsi və bankın ləğvi və ya bankın bazardan çıxarılması (milliləşdirilməsi).

Mənbə

Share: