Ukrayna Berlin kimi bölünə bilər – Trampın nümayəndəsi

Ukrayna sülh sazişi çərçivəsində İkinci Dünya müharibəsindən sonra Berlin kimi bölünə bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq “Tayms” qəzetinə müsahibəsində deyib.

Kelloq Britaniya və Fransa qoşunlarının Dneprdən qərbdə, Rusiya ordusunun isə işğal olunmuş şərqdə nəzarət zonalarını ələ keçirə biləcəyini bildirib. Onların arasında Ukrayna qüvvələri və demilitarizasiya zonası olacaq. Eyni zamanda, o, İngiltərə-Fransa qüvvələrinin Moskva üçün heç də təxribat xarakterli olmayacağını söyləyib.

Onun sözlərinə görə, Ukrayna atəşkəsə nail olmaq istəyən bir neçə ordunun yerləşdirilməsi üçün kifayət qədər böyük ölkədir:

“Siz bunu İkinci Dünya müharibəsindən sonra Berlinlə baş verənlərə bənzədə bilərsiniz, o zaman Rusiya zonası, Fransa zonası, Britaniya zonası, ABŞ zonası var idi”.

Share: