Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı hərbi əməliyyatların ən son xəritəsini yayımlayıb.
Modern.az xəbər verir ki, bu barədə Nazirliyin “Twitter” hesabında məlumat yayılıb.
Qeyd olunur ki, cəbhənin şərq hissəsində şiddətli döyüşlər davam edir. Ruslar Luqansk və Donetsk vilayətlərində irəliləməyə davam edir. Ən çətin döyüşlər Svatovo, Kremennaya, Baxmut və Vüqledar bölgəsində gedir. Həmçinin Kupyansk istiqamətində Rusiya qoşunlarını gücləndirib.
Bildirilir ki, Ukrayna qüvvələri də öz növbəsində Rusiya ordusunun hücumlarını dəf edir və bəzi bölgələrdə əks-hücumlar həyata keçirir. Ruslar Xerson və Zaporojye vilayətlərinin dinc şəhər və kəndlərini atəşə tutmağa davam edir. Çerniqov, Sum və Xarkov vilayətlərinin sərhəd bölgələri də hücuma məruz qalır.
Akif İsmayılov