Ukrayna hələ də vahid olacaqdı, əgər… – Lavrov

2014-cü ildə çevriliş olmasaydı, Krım indi Ukraynanın bir hissəsi idi.

Millətin Səsi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“2014-cü ilin fevralında baş vermiş çevriliş olmasaydı və bir gün əvvəl ovaxtkı prezident Viktor Yanukoviçlə müxalifət arasında əldə olunan razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid olacaqdı, Krım isə onun bir hissəsi kimi qalacaqdı. Bu aydındır. Razılaşmanı yerinə yetirmədilər. Əvəzində dövlət çevrilişi təşkil etdilər”, – o bildirib.

Onun sözlərinə görə, Rusiya Donbasda çevrilişdən sonra başlayan münaqişəyə son qoymaqda maraqlı idi, lakin bunun üçün Minsk razılaşmalarının tam yerinə yetirilməsi lazım idi:

“Amma Ukraynadakı çevrilişdən sonra yaradılan hökumət tərəfindən sabotaj edildi. Razılaşdırıldı ki, bu hökumət çevrilişi qəbul etməyən insanlarla birbaşa dialoqa girməli və Ukraynanın bu hissəsi ilə iqtisadi əlaqələrin inkişafına kömək etməlidir. Bunların heç biri edilmədi. Kiyev rejimi heç vaxt onlarla birbaşa danışmayacağını bəyan etdi”.

Share: