“Ukrayna hərbçiləri Limanı işğalçılardan tamamilə təmizləyib”

Ukrayna hərbçiləri Donetks vilayətinin Liman şəhərini işğalçılardan tamamilə təmizləyib.

 

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

 

“Saat 12:30-a olan vəziyyətə görə, Liman tamamilə təmizlənib. Hərbçilərimiz, döyüşçülərimizə təşəkkürlər! Yaşasın Ukrayna!”, – dövlət başçısı vurğulayıb.

 

Xatırladaq ki, ötən gün Ukrayna ordusu Limanı şəhərini tamamilə mühasirəyə alaraq yaşayış məntəqəsini işğalçılardan azad edib. Şəhər mayın 26-dan Rusiyanın işğalı altında olub.

Mənbə

Share: