Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Naev Şimal Əməliyyat Zonasının müdafiə qabiliyyətinin yoxlanılmasının başa çatdığını elan edib.
Modern.az “Unian”a istinadən xəbər verir ki, söhbət Jitomir, Rivne və Volın istiqamətlərindən gedir.
Administrasiyalara və hərbçilərə müdafiə xətlərini və mövqelərini təkmilləşdirmək üçün tapşırıqlar verilib.
Qeyd olunub ki, tezliklə bu istiqamətlər müvafiq mühəndis maneələri ilə daha etibarlı şəkildə əhatə olunacaq. Bundan əlavə, birbaşa dövlət sərhədi boyunca tapşırıqları yerinə yetirən bölmələr silah və hərbi texnika ilə gücləndiriləcək.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.