Ukrayna iki rus təyyarəsini vurdu

Düşmənin Vasilkov və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Feysbuk səhifəsində yazılıb.

“S-300 zenit-raket diviziyaları isə üç təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar Su-30 və Su-35 təyyarələridir. Həmçinin Buk M-1 zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Ukraynanın Su-25 hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin Su-24M təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank, texnika, yanacaq və sürtkü yağları olan karvanlara ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. “Bayraqdar TB-2” ekipajları da xüsusi fəaliyyət göstərib”, – nazirlikdən bildirilib.

Share: