Ukrayna və Sudanda baş verən hərbi münaqişələr dünyada vərəmə yoluxma hallarının artmasına səbəb olub.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, xəstəliyi Avropaya daşıyan qaçqınlar ciddi problem yaradır, buna görə də məsələ BMT dinləmələrində müzakirə olunacaq.
“Stop TB Partnership”in icraçı direktoru Lusica Ditiu isə qeyd edib ki, Ukrayna Avropa regionunda ən çox vərəm xəstələrinin olduğu ölkədir. Ukraynada vərəm xəstələrinin sayı təxminən 34 min nəfərə çatıb.
“Ukraynalılar həqiqətən vərəmlə mübarizə xidmətlərini davam etdirmək üçün mümkün olan hər şeyi etməklə heyrətamiz dözümlülük nümayiş etdirirlər. Amma hamı Ukraynada insanların müalicə almaq imkanından narahatdır”, – Ditiu bildirib.