Ukrayna müharibəsi Şimali Koreyanı “xilas” edə bilər – Necə?..

Ukrayna müharibəsi Şimali Koreyanı “xilas” edə bilər – Necə?..

Rusiyaya silah tədarükü Şimali Koreyaya həyati vacib miqdarda gəlir gətirə bilər.

 

Modern.az xəbər verir ki, belə bir iddia ilə “Bloomberg” nəşri çıxış edib.

 

Nəşr yazıb ki, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəni davam etdirməsi üçün silah ehtiyacı Şimali Koreyanı “xilas” edə bilər.

 

KXDR-də külli miqdarda XX əsrdə istehsal olunmuş artilleriya və digər hərbi texnikalar var ki, bunlar Ukraynadakı müharibədə “yenidən doğuş”unu yaşayır. Bu ölkənin istehsal etdiyi 122 və 152 millimetrlik artilleriya mərmiləri də Rusiyanın “köməyinə” çata bilər.

 

Qeyd olunub ki, bütün bu hərbi silah-sursatın və texnikaların Rusiyaya tədarük olunması Pxenyana xeyli vəsait qazandıra bilər. Bu da iqtisadi vəziyyəti pis olan və Qərb sanksiyaları ilə üzləşmiş aqressiv rejimin ömrünü uzada bilər.

Mənbə

Share: