Ukrayna münaqişəsinin gələcəyi ABŞ-ın Rusiya ilə əlaqələri bərpa etməyə hazır olub-olmadığını göstərəcək – Ryabkov

Ukrayna münaqişəsinin gələcəyi ABŞ-ın Rusiya ilə əlaqələri bərpa etməyə hazır olub-olmadığını göstərəcək – Ryabkov

Vaşinqtonun Rusiyanın fundamental maraqlarına hörmət etmək öhdəliyi istənilən normallaşmanın əsas elementi olmalıdır.

Millətin Səsi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS-a müsahibəsində deyib.

O bildirib: “Ukrayna münaqişəsinin gələcəyi ABŞ-ın Rusiya ilə münasibətləri bərpa etmək öhdəliyinə ciddi yanaşdığını göstərəcək.

Əvvəlki ABŞ administrasiyaları və ümumilikdə Qərb tərəfindən törədilən Ukrayna böhranının mahiyyəti və mənşəyini nəzərə alsaq, bu münaqişə Vaşinqtonun Rusiya ilə münasibətləri bərpa etmək istəyini sınamağa xidmət edir”.

Share: