
“Bizim dəstəyimiz sizə kömək edəcək” ifadəsi “yaxşı ki, tezliklə mən orada olmayacağam” anlamına gəlir…”
Ukrayna NATO-nun tərkibinə yalnız başqa ölkələrin hissələrinə çevriləndən sonra daxil ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün “Telegram-kanal”ında yazıb.
O, xatırladıb ki, Kiyevə səfəri zamanı NATO-nun baş katibi bəyan edib ki, “Ukraynanın gələcəyi NATO-dadır və zamanla bizim dəstəyimiz bunu gerçəkləşdirməkdə sizə kömək edəcək”.
Rusiyanın yüksək vəzifəli dövlət məmuru sosial şəbəkələrin ingilisdilli istifadəçiləri üçün NATO baş katibinin sözlərini “Ukrayna-ingilis dilindən anlaqlı ingilis dilinə çevirməyə” girişib.
Onun nöqteyi-nəzərincə, “zamanla” ifadəsi o deməkdir ki, Ukrayna “hissə-hissə Polşa, Macarıstan, Rumıniyanın tərkibinə daxil olacaq”.
“Bizim dəstəyimiz sizə kömək edəcək” ifadəsi isə “yaxşı ki, tezliklə mən orada olmayacağam” kimi tərcümə edilir”, – Medvedev rişxənd etməyə cəhd göstərib.
Qeyd edək ki, hazırkı baş katibin mandatı 2023-cü ilin sentyabrında başa çatır.
Bundan öncə Medvedev deyib ki, Ukrayna “planetdə olmayacaq”, çünki o, Rusiyaya, Avropaya, ABŞ-a, Asiyaya, digər qitələrə, həmçinin öz vətəndaşlarına “lazım deyil”.
O, əlavə edib ki, “45 milyon sakinlərdən orada 20 milyondan bir qədər çox adam qalıb”.
Medvedevin sözlərinə görə, 1991-ci iıdə Ukrayna “Rusiyanın hissəcikləri” adlandırılıb, orada milyonlarla ruslar yaşayır, bununla əlaqədar olaraq “bizə böyük, nəhəng Rusiya lazımdır”.
Xəbər verildiyi kimi, Kiyevdə elan edilməmiş səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna gələcəkdə mütləq Alyansın üzvü olacaq.
Ukraynada hərbi əməliyyatlar başlanandan ilk dəfə Kiyevə səfəri çərçivəsində Stoltenberq bəyan edib ki, Ukrayna və NATO uzunmüddətli dəstək proqramı çərçivəsində ölkənin qüvvələrinn NATO ilə uyğunluğunu təmin etmək üçün əməkdaşlıq edəcək.
Belə proqram Ukraynaya sovet hərbi doktrinaları və texnikasından Alyansın standartlarına uyğun olan orduya keçməsinə imkan verəcək.
“Ukraynanın tam hüquqlu yeri Avroatlantika ailəsindədir, zamanla bizim dəstəyimiz sayəsində bu məqsədə nail olunacaq”, – o, Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.


