“Bu, mühasirənin qarşısının alınması və hərbi qulluqçuların həyatı və sağlamlığının qorunub saxlanılması üçün yeganə düzgün qərardır…”
“Ukraynalı hərbçilər öz vəzifə borcunu ləyaqətlə icra edib və düşməni xeyli itkilərə məruz qoyub…”
Mariya Zaxarova bununla bağlı qəzəbli şərhindən yan keçə bilməyib
Ukrayna Silahlı Qüvvələri (USQ) Donetsk vilayətinin strateji mühüm Avdeyevka məntəqəsindən geri çəkilib.
Moderator.az xəbər verir ki, bu barədə USQ Baş Komandanı Aleksandr Sırski məlumat verib.
“Mühasirənin qarşısını almaq və hərbi qulluqçuların həyatı və sağlamlığını qoruyub saxlamaq naminə bölmələrimizin şəhərdən çıxarılması və daha əlverişli mövqelərdə müdafiəyə keçməsi barədə qərar vermişəm”, – o, bəyan edib.
Sırskinin sözlərinə görə, ukraynalı hərbçilər “öz vəzifə borcunu ləyaqətlə icra edib” və Rusiya ordusunu “canlı qüvvə və texnika sarıdan xeyli itkilərə” məruz qoyub.
Ukrayna Silahlı Qüvvələri (USQ) “Tavriya” operativ-strateji qruplaşmasının Komandanı, briqada generalı Aleksandr Tarnavski bəyan edib ki, ukraynalı hərbçilər Avdeyevkanın cənubunda “Zenit” möhkəmləndirilmiş rayonundan geri çəkilir.
“Avdeyevkada Ukraynanın mühasirədə qalan bölmələri yoxdur. Döyüş meydanında istehkamlardan yalnız dağıntılar və dağılmış kərpiclərdən qalan ağır vəziyyətdə döyüşçülərimizin həyatının qorunub saxlanılması bizim üçün prioritet olaraq qalmaqdadır. Belə ki, Ukrayna bölmələri azacıq itkilərlə Avdeyevkanın cənub hissəsindəki mövqeyini tərk edib”, – o, “Teleqram-kanal”ında yazıb.
Onun sözlərinə görə, belə qərar “bir çox aylar ərzində qarşıdurmadan” sonra qəbul edilib. General vurluğalıb ki, USQ “bu mövqeyini düşmənin səmərəli şəkildə qarşısının alınması və məhv edilməsi üçün imkan daxilində qoruyub saxlayıb.
“Hazırda yeni mövqelərdə qoşunların yenidən qruplaşdırılması, döyüş sursatlarının tamamlanması və bölmələrin yerləşdirilməsi davam edir”, – Tarnavski bəyan edib.
O, həmçinin qeyd edib ki, digər təhlükə törədəcək mövqelərdə də zəruri olan hallarda qoşunlar “bundan sonra da rusiyalı işğalçıları məhv etmək və şəhəri qoruyub saxlamaqda davam etmək” üçün yeni hazırlanmış mövqelərə keçəcək.
Bu ərəfədə Ukrayna KİV-ləri və Amerikanın “The Washington Post” qəzeti Avdeyevkada kritik vəziyyət və qoşunların şəhərdən qismən çıxarılması barədə məlumat verib.
General Tarnavski dəqiqləşdirib ki, qoşunlar “əvvəlcədən hazırlanmış mövqelərə” keçib.
“Düşmənin öz meyitləri üzərindən mərmilər üstünlüyünün onun birə nisbətində, daimi bombardmanlar altında hücuma keçdiyi şəraitdə bu, yeganə düzgün qərardır”, – o, qeyd edib.
Rusiya USQ-nin ən güclü möhkəmləndirilmiş rayonlarından biri olan Avdeyevka uğrunda genişmiqyaslı hərbi müdaxilə başlanandan döyüşür. Rusiya qoşunları 2023-cü ilin oktyabr ayından fəal gücuma başlayıb.
Rusiya tərəfi Avdeyevkadan geri çəkilməni qaçış adlandırıb. Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu qərarı belə şərh edib:
“Avdeyevkadan qoşunların geri çəkilməsi qərarı insan həyatının qorunub saxlanılması üçün qəbul edilib”?
Yox, buna görə yox. Ona görə ki, prezident Zelenski bandası ilə birgə yalnız birbaşa öz ciblərinə axan böyük pullar müqabilində və yalnız dinc vətəndaşlara qarşı döyüşməyi bacarır. Yerdə qalanlar isə onlar üçün əhəmiyyət kəsb etmir”.
Bu zaman Amerika kəşfiyyatının məlumatına görə, Rusiya Avdeyevkaya hücum zamanı hərbi müdaxilənin ilk iki ayı ilə müqayisədə daha çox əsgərini itirib.
Hətta təbliğat kanalları belə qeyd edir ki, Rusiya Avdeyevkada böyük sayda canlı qüvvə və texnika itirib, lakin “Ukrayna hərbi birləşmələrini darmadağın etməyə nail olmayıb, düşmən öz briqadalarının özəyini qoruyub saxlayıb”.