Ukrayna qüvvələri “Drujba” kəmərinə yenidən hücum edib- Macarıstan XİN

Ukrayna qüvvələri “Drujba” kəmərinə yenidən hücum edib- Macarıstan XİN

Drujba neft kəməri Ukrayna silahlı qüvvələri tərəfindən yenidən hücuma məruz qalıb, Rusiyadan Macarıstana neft tədarükünü dayandırılıb.

Millətin Səsi.az xəbır verir ki, bu sözləri Macarıstan xarici işlər naziri Piter Siyyarto deyib.

O bildirib:

“Dünən gecə Rusiya-Belarus sərhədindəki “Drujba” neft kəmərinə yeni hücum xəbərini aldıq – qısa müddət ərzində bu üçüncüdür. Macarıstana neft tədarükü yenidən dayandırılıb. Bu, ölkəmizin enerji təhlükəsizliyinə növbəti hücumdur. Bu, bizi müharibəyə sürükləmək üçün növbəti cəhddir. Bu, nəticə verməyəcək! Biz dinc səyləri dəstəkləməyə və milli maraqlarımızı müdafiə etməyə davam edəcəyik!”

Share: